Türkiyənin “Qalatasaray” klubunun ulduz futbolçusu Viktor Osimhen sol dizindən əməliyyat olunub. Matc.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi açıqlamasında məlumat verilib.
Bildirilib ki, nigeriyalı hücumçu UEFA Çempionlar Liqasının əsas mərhələsində “Ştutqart”la keçirilən qarşılaşmada sol dizindən zədə alıb. Tibbi müayinələr zamanı futbolçunun dizində sərbəst fraqment aşkarlanıb.
Klub həkimi Yener İncə tərəfindən həyata keçirilən artroskopik əməliyyatın uğurla başa çatdığı bildirilib.
“Qalatasaray”ın açıqlamasında Osimhenin vəziyyətinin gündəlik müayinələrlə izləniləcəyi, müalicəsinin isə klubun tibbi heyətinin nəzarəti altında davam etdiriləcəyi qeyd olunub.
Qeyd edək ki, 27 yaşlı hücumçu bu səbəbdən Türkiyə Super Liqasının XI turunda “Amedspor”la keçiriləcək oyunu buraxacaq. Futbolçunun yaşıl meydanlara qayıdacağı tarix hələ açıqlanmayıb.
Osimhen cari mövsüm “Qalatasaray”ın əsas qol silahlarından biridir. O, bütün turnirlərdə keçirdiyi 11 oyunda 10 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.













