Heyətdə ilk dəfə 19 yaşlı müdafiəçi Yonas Abidi yer alıb. “Vaduts-2” klubunun futbolçusu Lixtenşteyn Futbol İttifaqının müntəzəm məşqlərindəki çıxışı və inkişafı ilə məşqçilər korpusunun diqqətini cəlb edib.
Lixtenşteyn millisi UEFA Millətlər Liqasının son iki turunda Azərbaycan və Litva ilə keçirəcəyi oyunlar üçün heyətini açıqlayıb. Matc.az xəbər verir ki, baş məşqçi Konrad Fünfştük hər iki qarşılaşma üçün 23 futbolçuya dəvət göndərib.
Lixtenşteyn yığması noyabrın 13-də Vaduts şəhərindəki Reynpark stadionunda Azərbaycan millisini qəbul edəcək. Komanda noyabrın 16-da isə səfərdə Litva ilə qarşılaşacaq.
Heyətdə ilk dəfə 19 yaşlı müdafiəçi Yonas Abidi yer alıb. “Vaduts-2” klubunun futbolçusu Lixtenşteyn Futbol İttifaqının müntəzəm məşqlərindəki çıxışı və inkişafı ilə məşqçilər korpusunun diqqətini cəlb edib.
Lixtenşteyn millisinin Azərbaycan və Litva ilə oyunlar üçün heyəti:
Qapıçılar: Benjamin Büxel (“Vaduts”), Castin Ospelt (klubsuz), Tim-Tyado Öhri (“Vaduts”)
Müdafiəçilər: Yonas Abidi (“Vaduts”), Niklas Bek (“Baltsers”), Maksimilian Göppel (“Frayenbax”, İsveçrə), Yens Hofer (“Düdingen”, İsveçrə), Andreas Malin (“Göfis”, Avstriya), Livio Meyer (“Eşen Mauren”), Severin Şlegel (“Baltsers”)
Yarımmüdafiəçilər: Florian Allqoyer (“Ruggell”), Luka Bek (“Kastrense”, Portuqaliya), Marsel Büxel, Alessio Hasler (“Illertissen”, Almaniya), Nikolas Hasler (“Vaduts”), Liam Krants (“Eşen Mauren”), Andrin Netser (“Dornbirn”, Avstriya), Aron Sele (“Yuventus”, İsveçrə), Emanuel Sünd (“Muttents”, İsveçrə)
Hücumçular: Alessandro Lo Russo (“Eşen Mauren”), Fabio Lukye Notaro (“Baltsers”), Bruno Poitner (“Fellbax”, Almaniya), Ferhat Sağlam (“Ruggell”).













