06 Noyabr 2026, 12:24
FUTBOL
Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov UEFA Millətlər Liqasında Lixtenşteynlə və yoldaşlıq görüşündə Andorra ilə keçiriləcək oyunlar üçün heyəti açıqlayıb. Matc.az xəbər verir ki, yığmamız noyabrın 13-də səfərdə Lixtenşteynlə qarşılaşacaq, 3 gün sonra isə Andorra ilə yoldaşlıq oyunu keçirəcək.
Baş məşqçi qarşıdakı görüşlər üçün 27 futbolçuya dəvət göndərib. Heyətdə həm yerli klublarda, həm də xarici çempionatlarda çıxış edən oyunçular yer alıblar.
Siyahıda “Qarabağ”, “Neftçi”, “Sabah”, “Zirə” və digər Azərbaycan klublarının futbolçuları ilə yanaşı, Türkiyə, Polşa, İsrail, Cənubi Koreya, Yunanıstan və İtaliya təmsilçilərində çıxış edən oyunçular da var.
Heyətdə diqqət çəkən adlardan biri İtaliyanın “Sampdoriya” klubunun futbolçusu Lorenzo Mezzotero olub.
Qapıçılar: Şahruddin Məhəmmədəliyev (“Qarabağ”), Aydın Bayramov (“Zirə”), Emil Balayev (“Neftçi”).
Müdafiəçilər: Bədavi Hüseynov (“Qarabağ”), Elvin Bədəlov (“Neftçi”), Anton Krivotsyuk (“Tedjon Hana Sitizen”), Rahil Məmmədov (“Turan Tovuz”), Rəhman Daşdəmirov (“Sabah”), Rüfət Abbasov (“Neftçi”), Toral Bayramov (“Bursaspor”), Eşqin Əhmədov (“Qəbələ”), Tellur Mütəllimov (“Sabah”), Qismət Alıyev (“Zirə”).
Yarımmüdafiəçilər: Oruc Məmmədov (“Şamaxı”), Fərid Yusifli (“Şəfa”), Rüfət Abdullazadə (“Hapoel Kiryat Şimona”), Namik Ələsgərov (“Kəpəz”), Murad Məmmədov (“Pafos”), Abdulla Xaybullayev (“Sabah”), Aleksey İsayev (“Sabah”), Xəyal Əliyev (“Sabah”), Emil Mustafayev (“Sumqayıt”), Emin Mahmudov (“Neftçi”), Nihat Əhmədzadə (“Sumqayıt”), Lorenzo Mezzotero (“Sampdoriya”).
Hücumçular: Mahir Emreli (“Rakuv”), Musa Qurbanlı (“Qarabağ”).






_1695474752.png)






