Sonda Polina Rəhimova azarkeşlərə dəstəklərinə görə təşəkkür edib və onları növbəti oyunlarda da komandaya dəstək olmağa çağırıb.

CEV Çelenc Kubokunun 1/32 final mərhələsinin cavab oyununda Danimarkanın “Holte IF” klubunu 3:0 hesabı ilə məğlub edən “DH Volley”in hücumçusu Polina Rəhimova qarşılaşmadan sonra təəssüratlarını bölüşüb. Matc.az xəbər verir ki,  voleybolçu qələbəyə baxmayaraq, oyunun asan keçmədiyini bildirib. 
 
O, xüsusilə servis və qəbul zamanı çoxsaylı səhvlərə yol verdiklərini, lakin sona qədər mübarizə apararaq istədikləri nəticəni əldə etdiklərini qeyd edib.
 
Rəhimova növbəti mərhələdə qarşılaşacaqları Polşa komandasının daha güclü rəqib olduğunu vurğulayıb: “Növbəti mərhələdə bizi Polşa komandası gözləyir. Budəfəki rəqibimiz daha güclü komandadır, lakin biz də zəif deyilik”. 
 
Bununla belə, kollektivlərinin də kifayət qədər potensiala malik olduğunu və qələbə qazanmağa çalışacaqlarını bildirib. Hücumçu qarşıdakı matça daha yaxşı hazırlaşmaq üçün məşqlərdə yol verilən səhvlər üzərində işləməli və rəqibə uyğun fərqli taktika seçməli olduqlarını diqqətə çatdırıb.
 
Sonda Polina Rəhimova azarkeşlərə dəstəklərinə görə təşəkkür edib və onları növbəti oyunlarda da komandaya dəstək olmağa çağırıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest