06 Noyabr 2026, 11:28
FUTBOL
“Beynəlxalq karyeranı bundan daha pis şəkildə bitirmək mümkün deyildi. Bu, tamamilə ləyaqətsiz bir sonluqdur”
Ötənlərin məşhur futbolçusu Lotar Matteus Kriştiano Ronaldonun Portuqaliya yığmasındakı beynəlxalq karyerasını başa vurma tərzini tənqid edib. Matc.az xəbər verir ki, Almaniya millisinin sabiq kapitanı “Sky Sport” nəşrinə bildirib ki, yığmadan ayrılması onun möhtəşəm karyerasına yaraşan şəkildə baş verməyib.
O, Lionel Messinin futbolla vidalaşma tərzini Ronaldonun vəziyyəti ilə müqayisə edərək portuqaliyalı ulduzun böyük fürsəti əldən verdiyini vurğulayıb. Matteusun fikrincə, Ronaldo da Messi kimi böyük turnirdən sonra xüsusi vida mərasimi ilə azarkeşlərin alqışları altında yığma ilə vidalaşmalı idi.
Matteus Portuqaliya Futbol Federasiyasının Ronaldoya tətbiq etdiyi cəriməni də tənqid edərək bunun qurumun nüfuzuna xələl gətirdiyini bildirib.
Sabiq futbolçu fikirlərini belə yekunlaşdırıb: “Beynəlxalq karyeranı bundan daha pis şəkildə bitirmək mümkün deyildi. Bu, tamamilə ləyaqətsiz bir sonluqdur”.


_1695474752.png)










