Azərbaycan I Liqasında "Ayın qolu" layihəsi çərçivəsində "Xankəndi" klubunun futbolçusu Bəhruz Teymurov mükafatlandırılıb. Matc.az xəbər verir ki,  bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
 
Oktyabrın ən yaxşı qolu V turun "Xankəndi" – "Şahdağ Qusar" qarşılaşmasında qeydə alınıb.
 
Ən yaxşı qolun müəllifinə mükafatı PFL-in inzibati binasında qurumun Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev təqdim edib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest