Ötən gün avrokuboklarda keçirilən oyunların nəticələrinə əsasən ölkələrin UEFA reytinqi yenilənib. Matc.az xəbər verir ki, Azərbaycanın əmsallar cədvəlindəki mövqeyi dəyişməyib.
 
Ən yaxın izləyicimiz İsrailin təmsilçisi “Hapoel”in (Beer-Şeva) Avropa Liqasında məğlub olması bizim üçün faydalı olub. Bu ölkənin əmsalı əvvəlki kimi 24.125-dir.
 
Azərbaycan cari mövsümdə 5.625 əmsal qazanıb. Bunun 3.500-ü “Sabah”ın, 1.250-si “Qarabağ”ın, 0.625-i “Zirə”nin, 0.250-si isə “Neftçi”nin payına düşür. Ölkəmizin ümumi xal ehtiyatı 24.187-dir.
 
55 ölkənin yer aldığı qitə sıralamasında Azərbaycan 24-cü pillədədir. Bir pillə öndə, 23-cü yerdə olan Ukraynanın ümumi xalı 24.837-dir. Cədvəlin başında isə 107.685 əmsalla İngiltərə qərarlaşıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest