Az sonra Azərbaycan Premyer Liqasında XI tura start veriləcək. Matc.az xəbər verir ki, “Zəfər turu”nun açılış oyununda “Qarabağ” “Turan Tovuz”u qəbul edəcək.
Artıq “Azersun Arena”da baş tutacaq görüşün start heyətləri açıqlanıb.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov ilk dəqiqlərdən meydana 9 legionerlə çıxacaq. Tovuz təmsilçisini çalışdıran Kurban Berdiyev isə 11 əcnəbiyə üstünlük verib.
“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev 55. Bədavi Hüseynov (k) 5. Bruno Lanqa 29. Renaldo Sefas 9. Zakaria Savo 25. Cebrail Makreçkis 21. Aleksey Kaşuk 11. Reda Xadra 88. Samuel Lobato 4. Bense Varkonyi 33. Dieqo Rosa
Ehtiyat oyunçular: 23. Martin Zlomisliç 12. Teymur Həsənov 13. Bəhlul Mustafazadə 22. Musa Qurbanlı 32. Hikmət Cəbrayılzadə 8. Marko Yankoviç 20. Kadi Borqes 2. Mateus Silva 19. Taofik İsmail 7. Jali Muaddib 39. Jeremi Qnali Baş məşqçi: Qurban Qurbanov
“Turan Tovuz”: 1. Oleq Baklov 5. Roderik Miller 21. Stiv Beusnar 3. Enrike Silva 90. Joarlem Santos 77. Vadji İbrahima 15. Emmanuel Hakman (k) 7. Xorxe Silva 19. Roberto Olabe 33. Filip Damyanoviç 28. Aleksa Yankoviç
Ehtiyat oyunçular: 35. Aleksey Kenyaykin 13. Mehman Hacıyev 4. Rahil Məmmədov 17. Rəhim Sadıxov 88. Faiq Hacıyev 99. Sadiq Şəfiyev 25. Denis Marandiçi 8. David Tavareş 11. Dioqo Balau
Baş məşqçi: Kurban Berdiyev
Qeyd edək ki, oyun saat 1:00-da başlayacaq.













