06 Noyabr 2026, 17:38
FUTBOL
Madrid “Real”ının baş məşqçisi Joze Mourinyo Kriştiano Ronaldonun Portuqaliya yığmasında karyerasını başa vurması xəbərlərinə münasibət bildirib. Matc.az xəbər verir ki, təcrübəli mütəxəssis həmyerlisinin qərarına hörmətlə yanaşdıqlarını vurğulayıb:
"Onu mühakimə etmək istəmirəm. Düşünürəm ki, şərh vermək əvəzinə, onun qərarına hörmətlə yanaşmalıyıq. Bu, onun karyerasının sonu deyil. Onu tanıyanlar bilirlər ki, peşəkar karyerası ərzində hələ nail olmaq istədiyi hədəfləri var. Yeganə arzum odur ki, onun futboldan tamamilə ayrılacağı gün, milli komandadan getdiyi gündən fərqli olsun".
Xatırladaq ki, 41 yaşlı hücumçu hazırda Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun formanı geyinir.













