06 Noyabr 2026, 15:13
FUTBOL
"Turan Tovuz"un müdafiəçisi Denis Marandiçi Moldova millisinə çağırılıb. Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Futbolçu UEFA Millətlər Liqasının C qrupu çərçivəsində noyabr ayında keçirəcəyi oyunlar üçün açıqlanan heyətdə yer alıb.
Moldova millisi noyabrın 13-də doğma meydanda Qazaxıstanı, noyabrın 16-da isə səfərdə Farer adalarını qəbul edəcək.













