Bu gün Azərbaycan Premyer Liqasında XI tura start veriləcək. Matc.az xəbər verir ki, "Zəfər turu"nun açılış oyunu “Qarabağ”  və “Turan Tovuz" arasında olacaq. Fərid Hacıyevin idarə edəcəyi qarşılaşma saat 18:00-da başlayacaq.

Mərkəzi görüşün ardından meydana “Neftçi” çıxacaq. Paytaxt təmsilçisinin rəqibi son 7 oyunda uduzmayan, əzəli rəqibi  “Kəpəz” klubu olacaq. Qarşılaşmanı Rəşad Əhmədov idarə edəcək.

Azərbaycan Premyer Liqası
I dövrə XI tur
6 noyabr

18:00. "Qarabağ" – "Turan Tovuz"
“Azersun Arena”.  Hakimlər: Fərid Hacıyev, Asiman Əzizli, Rəhman İmami, Vüqar Həsənli.

 

20:00. "Neftçi" – "Kəpəz"
“Palms Sports Arena”. Hakimlər: Rəşad Əhmədov, Kamran Bayramov, Teymur Teymurov, Niyaz Əhmədov.

 

"Zəfər turu"nun digər oyunları noyabrın 7-də və 8-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest