Azərbaycan I Liqasının VII turu ilə bağlı intizam qərarları açıqlanıb. Matç.az xəbər verir ki, bir komandaya texniki məğlubiyyət verilib, dörd klub isə cərimələnib.
 
Noyabrın 4-də “Mingəçevir” – “Şahdağ Qusar” oyunu “Mingəçevir”in görüşə gəlməməsi səbəbindən baş tutmayıb. Qərara əsasən, “Mingəçevir”ə 0:3 hesablı texniki məğlubiyyət verilib və komanda 3000 manat cərimələnib.
 
Noyabrın 5-də “Baku Sportinq”lə oyunda “Xankəndi”nin dörd futbolçusu sarı vərəqə alıb. Bu səbəbdən klub 210 manat cərimə ödəyəcək.
 
Eyni gün “Zaqatala” – MOİK oyununda xərəkdaşıyanlar olmayıb. Buna görə “Zaqatala” 600 manat cərimələnib.
 
“Səbail” – “Gəncəbasar” matçında isə təşkilati öhdəliklər pozulub. “Səbail”ə 300 manat cərimə tətbiq olunub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest