2024-cü il Paris Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, bolqarıstanlı ağırlıqqaldıran Bojidar Andreev dopinq qaydalarını pozduğu üçün dörd il müddətinə yarışlardan kənarlaşdırılıb. Matc.az saytının  Beynəlxalq Test Agentliyinə (ITA)  istinadən məlumatına görə, 29 yaşlı idmançının 2025-ci ilin oktyabrında verdiyi dopinq nümunəsində qadağan olunmuş mesterolon maddəsinin metaboliti aşkarlanıb.
 
Andreevə tətbiq edilən dördillik diskvalifikasiya müddəti onun müvəqqəti olaraq yarışlardan kənarlaşdırıldığı 18 noyabr 2025-ci il tarixindən hesablanır. Bununla yanaşı, idmançının 15 oktyabr – 18 noyabr 2025-ci il tarixləri arasında əldə etdiyi bütün yarış nəticələri ləğv edilib.
 
Qeyd edək ki, Bojidar Andreev 73 kq çəki dərəcəsində Paris-2024 Yay Olimpiya Oyunlarının və 2019-cu il dünya çempionatının bürünc mükafatçısıdır. O, həmçinin 2019 və 2024-cü illərdə Avropa çempionu tituluna yiyələnib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest