İngiltərə yığmasının baş məşqçisi Tomas Tuxel Millətlər Liqası oyunları üçün "Çelsi"nin yarımmüdafiəçisi Koul Palmeri niyə heyətə daxil etmədiyinə aydımlıq gətirib. Matc.az "Sky Sports" nəşrinə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis qərarını mövcud heyətin nümayiş etdirdiyi uğurlu oyun və komanda daxilindəki rəqabətlə əlaqələndirib:
"Bizdə 10 nömrə mövqeyi üçün kifayət qədər oyunçu var, ona görə də təlim-məşq toplanışında iştirak edən futbolçularla davam etmək qərarına gəldik. Toplanış çox uğurlu keçdi və son iki yarım həftənin gedişatından son dərəcə razı qaldıq. Heyətin özəyini, o cümlədən bütün hücumameyilli oyunçuları dəyişməməyə qərar verdik."
Tuxel yeni çağırış alan Coş Kinqin imkanlarından da danışıb: “Coş Kinq bizə qoşulub – onun hər iki cinahda necə çıxış etdiyini görmək istəyirəm. O, hücum xəttindəki dörd mövqedən istənilənində oynaya bilir ki, bu da bizə lazım olan çevikliyi təmin edir”.













