06 Noyabr 2026, 00:13
FUTBOL
“Mançester Yunayted”in keçmiş yarımmüdafiəçisi Pol Skoulz komandanın vəziyyətini şərh edib. Matc.az xəbər verir ki, o, klub rəhbərliyinə beş futbolçunun transfer edilməsini istəyib.
Skoulzun siyahısına “Arsenal”ın iki futbolçusu, müdafiəçi Qabriel Maqalyaes və Deklan Rays daxildir.
Digər adlar “Bavariya”nın vingeri Maykl Olise və Madrid “Real”ınınfutbolçuları Kilian Mbappe və Cud Bellinqemdir.
Bu açıqlama “Qırmızı Şeytanlar”ın çətin dövrə düşdüyü vaxta təsadüf edir. Komanda İngiltərə Premyer Liqasında doqquz turdan sonra 17-ci yerdədir.
“Mançester Yunayted” aşağı liqaya düşmə zonasında yerləşən “Kristal Pelas”ı yalnız əlavə göstəricilərə görə qabaqlayır. Hər iki klubun hesabında yeddi xal var.













