"İnter"in hücumçusu Lautaro Martines 85 milyon avro qiymətləndirmə ilə İtaliya A Seriyasının ən bahalı futbolçusu olaraq qalıb.

Matc.az xəbər verir ki, bu barədə futbolçuların transfer dəyərinin qiymətləndirilməsi üzrə ixtisaslaşmış "Transfermarkt" portalı məlumat yayıb.

Bildirilir ki, ikinci pillədə "Komo"nun yarımmüdafiəçisi Niko Pas (80 milyon avro) qərarlaşıb. İlk "onluğ"a ümumilikdə "İnter"dən üç, "Komo", "Yuventus" və "Roma"dan iki, həmçinin "Napoli"dən bir təmsilçi daxil olub.

"Transfermarkt" portalının 22 iyul 2026-cı il tarixinə olan məlumatına görə, A Seriyasının ən bahalı futbolçuları bunlardır:

1. Lautaro Martines ("İnter") - 85 milyon avro.
2. Niko Pas ("Komo") - 80 milyon avro.
3. Kenan Yıldız ("Yuventus") - 75 milyon avro.
4. Alessandro Bastoni ("İnter") - 65 milyon avro.
5. Rasmus Höylund ("Napoli") - 60 milyon avro.
6. Manu Kone ("Roma") - 60 milyon avro (+ 10 milyon avro).
7. Martin Baturina ("Komo") - 55 milyon avro (+ 10 milyon avro).
8. Doniell Malen ("Roma") - 55 milyon avro (+ 10 milyon avro).
9. Françesko Espozito ("İnter") - 50 milyon avro (+ 5 milyon avro).
10. Nik Voltemade ("Yuventus") - 50 milyon avro (- 5 milyon avro).

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest