Türkiyə Futbol Federasiyası (TFF) Türk futbolunda son dövrlərdə hakim qərarları, Mərkəzi Hakim Şurası (MHK) və federasiya barəsində edilən sərt tənqidlərə qarşı yeni intizam qaydaları tətbiq etməyə hazırlaşır.

Matc.az xəbər verir ki, bu barədə "HT Spor" nəşri məlumat yayıb.

Bildirilir ki, TFF xüsusilə matçlardan əvvəl və sonra edilən ittihamlar ilə "bu liqa bitməz" bənzəri bəyanatlara qarşı daha ağır sanksiyalar tətbiq etməyi planlaşdırır.

Yeni sistemdə İngiltərədə reallaşdırılan intizam modeli əsas götürüləcək. Buna əsasən, mövcud pul cəzaları daha çəkindirici hala gətiriləcək və qayda pozuntusunun təkrarına görə cəzalar mərhələli şəkildə artırılacaq. Klub rəsmilərinə və digər futbol qurumlarına yönəlmiş sanksiyaların yalnız maddi cəzalarla məhdudlaşdırılmaması, həmçinin haqların məhdudlaşdırılması cəzasının da tətbiq olunması hədəflənir.

Yeni tənzimləmənin diqqətçəkən bəndlərindən biri də oyunöncəsi bəyanatlarla bağlıdır. Belə ki, hakim, TFF və ya MHK-ni hədəf alan tənqidlərin qarşılaşmadan əvvəl səsləndirilməsi halında veriləcək cəzanın iki qatına çıxarılması planlaşdırılır. TFF-nin sözügedən qaydaları qısa müddət ərzində qərarlaşdıraraq qüvvəyə mindirməsi gözlənilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest