"Turan Tovuz" klubu oktyabrın 3-də yoldaşlıq görüşü çərçivəsində Türkiyənin nəhəng klublarından olan "Fənərbaxça"nı qəbul edəcək.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, qarşılaşma saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

Bu qarşılaşma Tovuz təmsilçisinin və Türkiyə klubunun cari mövsümdəki beynəlxalq fasilə dövründə hazırlıq planının bir hissəsi olacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest