17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası sentyabrın 21-dən 25-dək Kəpəz Təlim-Məşq Mərkəzində təlim-məşq toplanışı keçirəcək.

17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası sentyabrın 21-dən 25-dək Kəpəz Təlim-Məşq Mərkəzində təlim-məşq toplanışı keçirəcək.

Matc.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

U-17 millimiz hazırlıq prosesindən sonra sentyabrın 26-da UEFA Avropa çempionatının seçmə mərhələsində iştirak etmək üçün Albaniyanın Dürres şəhərinə yollanacaq.

Oyunların təqvimini nəzərinizə çatdırırıq:

İrlandiya – Azərbaycan U-17

28 sentyabr 2026, saat 14:00 (Bakı vaxtı ilə)
"Egnatia" stadionu (Rroqojinə)

Kosovo – Azərbaycan U-17

1 oktyabr 2026, saat 14:00 (Bakı vaxtı ilə)
"Egnatia" stadionu (Rroqojinə)

Azərbaycan U-17 – Albaniya

4 oktyabr 2026, saat 14:00 (Bakı vaxtı ilə)
"Niko Dovana" stadionu (Dürres)

Təlim-məşq toplanışına dəvət olunan futbolçuların adlarını nəzərinizə çatdırırıq:

1. İradə Əsədli – "Şəfa"
2. Süməyyə Əhməd – "Ulduz FA"
3. Aydan Abdullayeva – "Sabah"
4. Məryəm Səmədli – "Sabah"
5. Şahanə Mirzəliyeva – "Liman UFK"
6. Suel Polikarpova – "Neftçi"
7. Sara Səlimova – "Neftçi"
8. Xədicə Rəhimova – "Neftçi"
9. Zəhra İsmayılova – "İmişli"
10. Məryəm Nuruzadə – "Ulduz FA"
11. Dəniz Mikayıllı – "Səbail"
12. Aylin Əliyeva – "Ulduz FA"
13. Xədicə Əlizadə – "Sabah"
14. Nuray Qurbanova – "Ulduz FA"
15. Lamiyə Məmmədova – "Şəfa"
16. Aydan Nəsrullayeva – "Ulduz FA"
17. Sabina Sarafzanova – "Krılya Sovetov" (Rusiya)
18. Sara Babayeva – "Qroyter Fürt" (Almaniya)
19. Zəhra Musayeva – "Sumqayıt"
20. Nuray Əzizova – "Neftçi"

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest