"Real"ın yarımmüdafiəçisi Federiko Valverde La Liqanın VII turunda "Atletiko"ya qarşı keçirilən matçda (1:2) zədələnib.

Matc.az xəbər verir ki, bu barədə "qaymaqlılar"ın mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, futbolçu görüşü tam başa vursa da, qarşılaşmanın 45-ci dəqiqəsində Li Kan İn tərəfindən sol topuq nahiyəsinə şiflərlə vurulan zərbədən sonra diskomfort hiss edib. Səfər oyunundan sonra o, əlavə müayinədən keçib.

Madrid klubunun tibb xidməti oyunçunun zədələndiyini təsdiqləyib. Uruqvaylı futbolçunun sol topuq bağlarında üçüncü dərəcəli dartılma diaqnozu qoyulub.

Tibbi hesabatda Valverdenin sonrakı vəziyyətinin bərpa dinamikasından asılı olacağı qeyd edilib. Yarımmüdafiəçinin təxminən iki həftə yaşıl meydanlardan uzaq qalacağını proqnozlaşdırılır.

Cari mövsümdə "Real"ın kapitanı 8 matça çıxıb. O, bu oyunlarda bir qol vurub və bir məhsuldar ötürmə ilə yadda qalıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest