Bu gün Azərbaycan Premyer Liqasında VI turun oyunlarına yekun vurulacaq.

Matc.az xəbər verir ki, turun sonuncu oyun günündə iki qarşılaşma baş tutacaq.

Günün ilk matçında "Şamaxı" öz meydanında "Araz-Naxçıvan"ı qəbul edəcək. Şamaxı şəhər stadionunda reallaşacaq bu görüş saat 16:30-da start götürəcək.

Günün və turun son matçında isə "sarı-göylər" doğma divarlar arasında "kimyaçılar"ı sınağa çəkəcəklər. Gəncə şəhər stadionunda keçiriləcək "Kəpəz" – "Sumqayıt" qarşılaşmasının start fiti saat 19:00-da səsləndiriləcək.

Premyer Liqa
VI tur

20 sentyabr (bazar)

16:30. "Şamaxı" – "Araz-Naxçıvan"
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Zöhrab Abbasov, Elvin Bayramov
VAR: Emin Əliyev 
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: Ramil Diniyev 
AFFA nümayəndəsi: Emin Cəfərov
Şamaxı şəhər stadionu, 16:30

19:00. "Kəpəz" – "Sumqayıt"
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Ruslan Quliyev
VAR: Fərid Hacıyev 
AVAR: Kərim Zeynalov
Hakim-inspektor: Orxan Məmmədov 
AFFA nümayəndəsi: Elgiz Abbasov
Gəncə şəhər stadionu

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest