Fransa yığmasının hücumçusu Kilian Mbappe "Qızıl top" barədə dediyi sözlərdən sonra Usman Dembele ilə münasibətlərində gərginlik yaranması haqqındakı şayiələrə münasibət bildirib.

Matc.az xəbər verir ki, bu barədə "Actu Foot" nəşri məlumat yayıb.

"Bütün karyeram boyu tək bir kəlmə belə deməmişəm, sadəcə çox gərgin çalışmışam. Dediyim kimi, mən heç vaxt seçilmiş olmamışam, sadəcə çox əziyyət çəkmişəm.

Mən artıq bu barədə onunla danışmışam: heç bir gərginlik yoxdur, o, mənim dostumdur. Əslində bununla bağlı heç bir problem yoxdur, mən tamamilə arxayınam.

Millətlər Liqasının matçları və Fransa yığmasındakı çıxışlar dövrünə gəlincə isə – burada hər zaman müzakirə üçün bir bəhanə tapmaq lazımdır. Və zənnimcə, bu da elə bir bəhanə oldu", – deyə Mbappe açıqlamasında bildirib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest