"Mançester Yunayted" rəhbərliyi Dortmund "Borussiya"sının hücumçusu Seru Qirassini heyətinə qatmaq variantını nəzərdən keçirir.

Matc.az xəbər verir ki, bu barədə "TEAMtalk" nəşri məlumat yayıb.

Bildirilir ki, klub Qvineyadan olan 30 yaşlı hücumçunu yaxından izləyir. "Mançester Yunayted"in skaut şöbəsi Premyer Liqa və avrokubokların sıx qrafikini nəzərə alaraq dərhal nəticə verə biləcək bir bombardir axtarır.

Cari mövsümdə Qirassi Dortmund təmsilçisinin heyətində keçirdiyi 6 matçda 4 qol vurub və 2 məhsuldar ötürmə edib.

Qirassinin "Borussiya" ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədər qüvvədədir. "Transfermarkt" portalında hücumçunun dəyəri 32 milyon avro təşkil edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest