"Qalatasaray" prezidenti Dursun Özbək, baş məşqçi Okan Buruk və komandaya olan etimadlarının tam olaraq davam etdiyini açıqlayıb.
Matc.az xəbər verir ki, bu barədə "Sportx" portalı məlumat yayıb.
"Son günlərdə bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkə hesablarında, baş məşqçimiz Okan Buruk və futbol komandamızla bağlı mənə və idarə heyətimizə aid edilən, həqiqəti əks etdirməyən iddialar yer almaqdadır.
Okan hoca ilə hər zaman əlaqədə olduğumuz kimi "Trabzonspor" qarşılaşmasından sonra da şəxsən ona zəng edərək ruhdan düşməməsini və özünə olan inamımızın tam olduğunu bildirdim. Bazar günü də məşqdən sonra bazamızda üz-üzə görüşərək komandamızın vəziyyətini və qarşıdakı mərhələni dəyərləndirdik.
Okan Buruka dünən də inamımız və etimadımız tam idi, bu gün də tamdır.
Təəssüf ki, "Qalatasaray"ın yaşadığı hər xal itkisini fürsət bilərək ortaya çıxan, klubumuzu və camiəmizi qarışdırmağa çalışan bəzi şəxslər və dairələrlə qarşı-qarşıyayıq. "Qalatasaray" qalib gələndə səssiz qalanların, tək bir mənfi nəticədə böhran ssenariləri uydurmasını diqqətlə izləyirik. Onların məqsədinin "Qalatasaray" olmadığı aydındır.
Bizim mövqeyimiz isə dünən nə idisə, bu gün də eynidir. Okan Burukun rəhbərliyi altında 4 ildir necə inam və qətiyyətlə yolumuza davam etdiksə, bundan sonra da eyni şəkildə yolumuza davam edəcəyik.
"Trabzonspor" qarşılaşmasında alınan nəticəyə görə azarkeşlərimizi üzdüyümüzün fərqindəyik. Lakin mən, idarə heyətimiz, məşqçilər korpusu, futbolçularımız və böyük "Qalatasaray" azarkeşləri tək yumruq olaraq hədəflərimizdən əsla yayınmayacağıq.
Bütün diqqətimiz Süperliqada ardıcıl beşinci çempionluğumuza nail olmaq və Avropadakı hədəflərimiz istiqamətində irəliləməkdir", - deyə rəsmi bəyanatda qeyd olunur.







.jpg+(1)_1790014832.jpeg)

.jpg_1790011807.jpeg)



