"Arsenal"ın hücumçusu Viktor Dyökereş qış "transfer pəncərəsi" zamanı komandasını dəyişmək imkanını nəzərdən keçirir.
Matc.az xəbər verir ki, bu barədə "The Daily Briefing" məlumat yayıb.
Bildirilir ki, isveçli hücumçu London klubundakı vəziyyətindən və aldığı oyun vaxtının azlıqğından narazıdır. 28 yaşlı hücumçunun nümayəndələrinin artıq "Milan", "Yuventus", "Əl-Əhli" və "Əl-İttihad" ilə ilkin danışıqlar apardığı qeyd olunur.
"Arsenal" hələlik Dyökereşi fəal şəkildə transferə çıxarmağı planlaşdırmır. Eyni zamanda, londonlular yanvar ayında digər tanınmış hücumçu tapsalar, onun gedişinə razı ola bilərlər.
Ötən mövsüm isveçli futbolçu bütün turnirlərdə 21 qol vuraraq "Arsenal"ın İngiltərə çempionu olmasına kömək edib. Cari mövsümdə isə "topçular"ın baş məşqçisi Mikel Arteta hücumun ucunda Kay Havertsə üstünlük verir.
Dyökereş İngiltərə Premyer Liqasında "Koventri" və "Sanderlend"ə qarşı matçlarda ehtiyat oyunçular skamyasında qalıb, "Çelsi" ilə görüşdə və "Mançester Siti"yə qarşı İngiltərə Superkuboku matçında isə ümumilikdə cəmi 27 dəqiqə meydanda olub.



.jpg+(1)_1790014832.jpeg)
.jpg_1790011807.jpeg)



_1790009893.jpeg)




