İngiltərə millisinin beş futbolçusu zədə səbəbindən komandanın düşərgəsini tərk edib, baş məşqçi Tomas Tuxel isə artıq onların əvəzinə yeni oyunçuları heyətə çağırıb.
Matc.az xəbər verir ki, bu barədə İngiltərə milli komandasının mətbuat xidməti sosial şəbəkədə məlumat yayıb.
Bildirilir ki, Koul Palmer, Deklan Rays, Markus Raşford, Kobbi Maynu və Valentino Livramento milli komandanın heyətindən çıxarılıblar və yaxın vaxtlarda keçiriləcək görüşlərdə oynaya bilməyəcəklər.
Onların əvəzinə ingilislərin sərəncamına "Everton"un yarımmüdafiəçisi Ceyms Qarner və "Nottinqem Forest"in xavbeki Morqan Gibbs-Uayt gəliblər.
Qeyd edək ki, sentyabr və oktyabr aylarında İngiltərə yığması UEFA Millətlər Liqasında 4 oyun keçirəcək. İngilislər iki dəfə Çexiya ilə qarşılaşacaq (29 sentyabr və 6 oktyabr), həmçinin İspaniya (26 sentyabr) və Xorvatiya (3 oktyabr) ilə üz-üzə gələcəklər.










.jpg+(1)_1790014832.jpeg)

.jpg_1790011807.jpeg)
