"Liverpul" qış "transfer pəncərəsi"ndə yarımmüdafiəçi Florian Virtslə bağlı təklifləri dəyərləndirməyə hazırdır. Futbolçunun özü ingilislərlə razılıq əldə olunacağı təqdirdə, Almaniya Bundesliqasına qayıtmaqda və Münhen "Bavariya"sına keçməkdə maraqlıdır.

Matc.az xəbər verir ki, bu barədə "Football Insider" nəşri məlumat yayıb.

Bildirilir ki, futbolçunun mövsümün ortasında komandadan ayrılması az ehtimal olunsa da, "Bavariya" vəziyyəti diqqətlə izləyir və rəsmi təklif göndərməyə cəhd edə bilər. "Liverpul" isə qış "transfer pəncərəsi"ndə oyunçunu buraxmaq istəməməsinə baxmayaraq, gələn təklifləri nəzərdən keçirməyə hazırlaşır.

Virtsə iddialılar arasında Londonun "Çelsi" klubunun da adı çəkilir. Futbolçunun "Bayer"də birlikdə çalışdıqları dövrdən "zadəganlar"ın yeni baş məşqçisi ilə sıx münasibətləri var.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest