İspaniya Futbol Federasiyası  (RFEF) milli komandanın baş məşqçisi Luis de la Fuente ilə müqavilənin müddətinin uzadıldığını elan edib. 

Matc.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, tərəflər 2032-ci ilə qədər, 6 illik yeni razılaşmaya imza atıblar.

"İspaniya Futbol Federasiyası milli komandanın baş məşqçisi ilə müqaviləni altı illik uzadıb. Bu addım onun Millətlər Liqasını, Avropa çempionatını və dünya çempionatını qazandığı, İspaniyanı tarixin ən uzun məğlubiyyətsizlik seriyasına malik komandasına çevirdiyi tarixi dövrdən sonra atılıb.

Onun müqaviləsinin 2032-ci ilədək uzadılması, Avropa və dünyanı fəth etdikdən sonra zəhmətkeşlik, təvazökarlıq, birlik və komanda ruhuna əsaslanan yeni mərhələyə qədəm qoyan yerli mütəxəssisin işinin davamlılığını təmin edir", - qurumun yaydığı bəyanatda qeyd olunur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest