"Araz-Naxçıvan" rəhbərliyi baş məşqçi Zaur İsmayılov və məşqçi Cavid Hüseynovla qüvvədə olan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, rəhbərlik hər iki məşqçiyə karyerasında uğurlar arzulayıb. Naxçıvan təmsilçisi cari mövsümdə göstərdiyi nəticələrdən sonra məşqçilər korpusu ilə yolları ayırmaq qərarına gəlib.

Qeyd edək ki, Zaur İsmayılov "Araz-Naxçıvan" klubunun əsas komandasına 2026-cı ilin avqust ayında baş məşqçi təyin edilib. Klub lisenziyalaşdırma qaydalarının tələblərini yerinə yetirmək məqsədilə UEFA PRO kateqoriyasına sahib olan Zaur İsmayılovu bu vəzifəyə gətirmişdi. Həmin təyinat zamanı komandanın məşq və oyun proseslərinin idarə edilməsi isə Cavid Hüseynova həvalə olunmuşdu.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest