"Qalatasaray"ın hücumçusu Viktor Osimhen və komandanın yarımmüdafiəçisi Mario Lemina Türkiyə çempionatının 4-cü turunda "Başakşəhər" ilə keçirilən oyunda (3:2) zədə alıblar.
Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Bildirilir ki, "Başakşəhər"lə oyun zamanı sağ budun yaxınlaşdırıcı (qasıq) əzələsində dartılma və ağrı hiss edən oyunçularımız Viktor Osimhen və Mario Lemina MRT daxil olmaqla, ətraflı müayinədən keçiblər.
"Sarı-qırmızılılar"ın baş məşqçisi Okan Buruk matçdan sonra verdiyi bəyanatda hər iki futbolçunun UEFA Çempionlar Liqasında "Sportinq"ə qarşı keçiriləcək vacib oyuna qədər sağalmasını ümid etdiyini bildirib.
Osimhen zədə səbəbindən oyunun 33-cü dəqiqəsində meydanı tərk edib. Cari mövsümdə 27 yaşlı hücumçu klubun heyətində 6 oyun keçirib, 6 qol vurub və 2 məhsuldar ötürmə edib.
Lemina isə ötən oyunda 45 dəqiqə meydanda olub. Qabonlu oyunçunun 33 yaşı var. O, yeni mövsümdə ümumilikdə 4 oyunda meydana çıxıb, lakin fərqlənə bilməyib.
Qeyd edək ki, 4 oyundan sonra aktivində 10 xalı olan "Qalatasaray" turnir cədvəlinin zirvəsində qərarlaşıb.













