01 Sentyabr 2026, 19:51
FUTBOL
"Kəpəz" heyətini yeni futbolçu ilə gücləndirib.
Matc.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, qərb təmsilçisi kosovolu mərkəz müdafiəçisi David Domqjoninin keçidini rəsmiləşdirib.
Son olaraq İsrailin "Hapoel" (Yerusəlim) klubunda çıxış edən 29 yaşlı və 190 sm boya malik olan təcrübəli arxa xətt oyunçusu ilə müqavilə imzalanıb.
Kosovo millisinin sabiq üzvü Gəncə klubuna azad agent kimi transfer olunub.
Klub tərəfindən müqavilənin müddəti rəsmən açıqlanmasa da, "Transfermarkt" portalında Albaniya pasportuna da sahib olan təcrübəli müdafiəçinin hazırkı dəyəri 250 min avro təşkil edir.



_1787880651_1788290026.jpg)









