"Şalke" klubu Bundesliqanın II turunda doğma meydanda "Bavariya" ilə qolsuz heç-heçə edib (0:0).

Matc.az xəbər verir ki, Helzenkirxen təmsilçisi bu nəticə ilə münhenlilərə qarşı təxminən 9 il davam edən məğlubiyyət seriyasına son qoymağı bacarıb.

Bu matça qədər "Şalke" sonuncu dəfə 2017-ci ilin fevralında "Bavariya"ya qarşı oyunda məğlubiyyətdən qaçmışdı. Həmin vaxt qarşılaşma 1:1 hesabı ilə başa çatmış, qolları isə Robert Levandovski və Naldo vurmuşdular.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest