Argentinanın təmsilçisi Alina Akselrad "Miss Dünya" müsabiqəsinə Lionel Messiyə həsr olunmuş libasda qatılaraq final mərhələsinin izləyicilərini təəccübləndirib.
Matc.az xəbər verir ki, bu barədə müsabiqənin rmətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, milli komandanın mavi və ağ rənglərini əks etdirən geyimin ətək hissəsini Messinin çoxsaylı təsvirləri və onun futbol karyerasının ən yaddaqalan anları bəzəyib. Həmin təsvirlərdə argentinalı ulduzun "Nyuels Old Boyz" klubundakı ilk addımlarından və "Barselona"dakı çıxışlarından tutmuş, karyerasının baş tacı olan DÇ-2026-dakı çıxışına qədər keçdiyi şanlı yolu görmək mümkündür.
Akselrad müsabiqənin tacını qazana bilməsə də, TOP-20-yə daxil olmağı bacarıb.
Ümumilikdə, bu il "Miss Dünya" titulu uğrunda müxtəlif ölkələrdən 111 gözəl mübarizə aparıb. Müsabiqənin qalibi isə Dominikan Respublikasının 24 yaşlı təmsilçisi Coheyri Mola olub.













