"Real"ın gənc ulduzu Arda Gülərin komanda yoldaşı ilə yaşadığı gərginlik İspaniyada böyük səs-küyə səbəb olub.

Matc.az xəbər verir ki, bu barədə "Sporx" portalı məlumat yayıb.

Bildirilir ki, La Liqanın IV turunda Madrid klubu səfərdə "Betis"ə minimal hesabla (0:1) məğlub olub və qarşılaşmada 64 dəqiqə meydanda qalan Arda Gülərin ilk hissənin sonunda Din Höysen ilə yaşadığı gərgin mübahisə gündəmə düşüb.

İlk yarının sonunda futbolçular soyunma otağına yollanarkən Arda Gülər ilə Din Höysen arasında kəskin mübahisə baş verib. Olduqca əsəbi olduğu görünən Türkiyə millisinin üzvünün əl-qol hərəkətləri edərək Höysenin üzərinə qışqırdığı kameralara əks olunub.

Arda Gülərin qəzəbinin böyüdüyünü görən qapıçı Tibo Kurtua iki futbolçunun arasına girərək yaşanan gərginliyi sakitləşdirməyə çalışıb.

Hadisədən sonra Arda Gülərin komanda yoldaşına göstərdiyi sərt reaksiya futbolsevərlərin ciddi diqqətini çəkib. Gənc yarımmüdafiəçinin Höysen ilə yaşadığı bu insident sosial şəbəkələrdə də geniş müzakirələrə yol açıb. Bəzi azarkeşlər yaşanan görüntülərdən sonra "Real"ın soyunma otağında ciddi problemlərin olduğunu iddia ediblər.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest