Aərbaycan Premyer Liqasının IV turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Araz-Naxçıvan" oyununun biletləri bu gün saat 12:00-dan etibarən satışda olacaq.

Azərbaycan Premyer Liqasının IV turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Araz-Naxçıvan" oyununun biletləri bu gün saat 12:00-dan etibarən satışda olacaq.  

Matc.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir və 5-20 manat aralığındadır. Biletlər bu gün saat 12:00-dan etibarən iTicket.az-da onlayn satışda olacaq. Oyun günü isə azarkeşlər biletlərini stadionun kassalarından və ya iTicket.az platformasından əldə edə bilərlər.

Qeyd edək ki, "Qarabağ" - "Araz-Naxçıvan" qarşılaşması sentyabrın 6-da, saat 20:15-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest