"Barselona"nın məşqçilər korpusu zədəli yarımmüdafiəçi Frenki de Yonqun oktyabrın 8-nə qədər tam sağalacağını gözləyir.

Matc.az xəbər verir ki, bu barədə İspaniyanın məşhur "Mundo Deportivo" nəşri məlumat yayıb.

Bildirilir ki, diskomfort və ya zədənin təkrarlanması kimi fəsadlar yaranmayacağı təqdirdə, 29 yaşlı futbolçu milli komandaların oyunları ilə bağlı yaranacaq fasilədən sonra tam hazır olacaq.

De Yonq klub oyunrından uzaq qaldığı bu müddətdən özünün seçdiyi konservativ müalicəni tamamlamaq üçün istifadə etmək niyyətindədir.

Xatırladaq ki, Niderland millisinin yarımmüdafiəçisi 2026-cı il dünya çempionatı zamanı sağ dizinin daxili yan bağının yırtığı diaqnozu ilə sıradan çıxıb.

Qeyd edək ki, de Yonq 2019-cu ilin yayından "Barselona"da çıxış edir. Oyunçunun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına kimidir. "Transfermarkt" portalında futbolçunun dəyəri 35 milyon avro təşkil edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest