Almaniya Bundesliqasında 2026/27 mövsümünün II turunun növbəti qarşılaşmaları keçirilib.

Matc.az xəbər verir ki, turun ikinci oyun günündə beş qarşılaşma baş tutub.

Leverkuzen "Bayer"i doğma meydanda Berlin "Union"unu 4:0 hesabı ilə darmadağın edib. "Frayburq" səfərdə "Paderborn"a minimal hesabla (1:0) qalib gəlib, "Leypsiq" isə Bremendə "Verder"ə 0:3 hesabı ilə uduzub.

Günün ən dramatik oyunlarından biri Dortmundda qeyd alınıb. "Hoffenhaym"a qarşı matçda 0:2 hesabı ilə geridə olan "Sabah"ın Çempionlar Liqasındakı rəqibi "Borussiya" geridönüş edərək 3:2 hesablı qələbə qazanıb.

"Elfersberq" isə səfərdə Münxenqladbax "Borussiya"sı ilə görüşdə 1:3 hesabı ilə uduzduğu oyunda möhtəşəm iradə nümayiş etdirərək 4:3 hesablı qələbəyə sevinib.

Turun digər matçında "Şalke" doğma meydanda "Bavariya"nı qəbul edəcək.

Qeyd edək ki, bu gün möhtəşəm geridönüşə imza atan Dortmund "Borussiya"sı oktyabrın 20-də UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində Bakıda təmsilçimiz "Sabah" klubunun qonağı olacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest