"Belə oyunlarda komandanın təcrübəsi daha da artır".

Azərbaycan Premyer Liqasının IV turu çərçivəsində "Neftçi"nin qonağı olan "Şəfa" 1:4 hesablı məğlubiyyətlə üzləşib.

Matc.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Şəfa"nın baş məşqçisi Zaur Həşimov məğlubiyyəti şərh edib və jurnalistlərin suallarını cavablandırıb:

- Birinci hissədə daha intizamlı oynamağı bacardıq. Bir səhvdən qol buraxdıq. İkinci hissəyə də pis başlamamışdıq. Ard-arda gələn qollardan sonra komanda ruhdan düşdü. Belə oyunlarda komandanın təcrübəsi daha da artır. Düşünürəm ki, bu məğlubiyyətin bizə çox xeyri olacaq.

- Nicat Mehbalıyevin qapıda inamsız oyunu haqda düşüncələriniz?
- Nicat bir neçə mövsümdür stabil oynamır. Biz istəyirik ki, onu yenidən qazanaq. Ona görə də üstünə çox getmirik. Tək onun səhvindən məğlub olduğumuzu düşünmürəm. 

- Heyətlə bağlı peşmançılığınız varmı?
- Xeyr, belə düşünmürəm. Futbolçularıma güvənirəm. 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest