"Mançester Siti"nin hücumçusu Erlinq Holand uzun saçlarını kəsdirmək qərarından sonra gücünü itirəcəyindən qorxub-qorxmadığı barədə sualı cavablandırıb.
Matc.az xəbər verir ki, bu barədə jurnalist Yan Oqe Fyortoft "X" sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.
Haland Zlatan İbrahimoviçin xəbərdarlığından sonra gərginlik yaşadığını gizlətməyib: "Etiraf etməliyəm ki, bir az əsəbi idim. Zlatan İbrahimoviç məni bir neçə dəfə xəbərdar edəndə bir az qorxmuşdum! Amma hələ ki hər şey olduqca yaxşı gedir".
Bunun sadəcə impulsiv bir qərar olub-olmaması və ya əvvəlcədən planlaşdırılması ilə bağlı suala cavabında isə futbolçu bunları qeyd edib: "Bu barədə kifayət qədər uzun müddət düşündüm, lakin ətrafımdakı insanlar məni bu fikirdən daşındırmağa çalışırdılar. Onlar mənim əvvəlki kimi görünməyimi istəyirdilər. Amma indi hiss etdim ki, vaxtı gəlib. Dünya çempionatında saçlarımı kəsdirməyi lazımlı hesab etdim, ona görə də indi sadəcə onları yenidən uzatmalı olacağam".













