"Barselona"nın baş məşqçisi Hans-Diter Flik hücumçu Lamin Yamalın "Valensiya" ilə oyundan əvvəl komandadan ayrı məşq etməsinin səbəbini açıqlayıb.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Almaniyalı mütəxəssis gənc ulduzun vəziyyəti ilə bağlı bunları deyib: "Lamin Yamal yüngül zədə alıb və ağrıları var idi. Onun üçün ayrıca məşq etmək daha yaxşı idi. Məşqdən sonra o, hər şeyin qaydasında olduğunu bildirdi. Bizimlə birlikdə səfərə gedəcək, sabah isə vəziyyətə baxacağıq".

Cari mövsümdə Yamal La Liqada 3 matçda iştirak edib və 2 qolla yadda qalıb. Futbolçunun klubla hazırkı müqavilə müddəti 2031-ci ilin yayına qədərdir. "Transfermarkt" portalında oyunçunun hazırkı dəyəri 220 milyon avro təşkil edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest