Türkiyə Supeliqasında IV turun növbəti qarşılaşmaları keçirilib.

Matc.az xəbər verir ki, turun ikinci oyun günündə iki qarşılaşma baş tutub.

İstanbul derbisində "Fənərbaxça" doğma meydanda "Beşiktaş"ı qəbul edib. Gərgin keçən qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. İlk hissəsi 1:1 hesabı ilə yekunlaşan oyunda "Beşiktaş" ikinci hissədə vurduğu qolla 3 xalı aktivinə yazdırmağı bacarıb.

Günün digər görüşündə isə "Ərzurumspor" doğma azarkeşləri önündə "Konyaspor"u sınağa çəkib. Meydan sahibləri ilk hissədə vurduqları yeganə qolla rəqibini minimal hesabla (1:0) məğlub edərək vacib qələbə qazanıblar.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest