Bu gün Azərbaycan Premyer Liqasında IV tura yekun vurulur.
Matc.az xəbər verir ki, turun sonuncü oyun günündə iki qarşılama baş tutacaq.
"Turan Tovuz" doğma meydanda "Sumqayıt"ı qəbul edir. "Araz-Naxçıvan" isə səfərdə "Qarabağ"la üz-üzə gələcək.
Qeyd edək ki, növbəti turun oyunları 11-13 sentyabr tarixlərində keçiriləcək.
Premyer Liqa
IV tur
6 sentyabr (bazar)
18:00. "Turan Tovuz" – "Sumqayıt"
Hakimlər: Kamranbəy Rəhimov, Şirmamed Mamedov, Kərim Zeynalov, Ruslan Quliyev
VAR: Kamal Umudlu
AVAR: Vüsal Məmmədov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi:
Tovuz şəhər stadionu
20:15. "Qarabağ" – "Araz-Naxçıvan"
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Emin Əliyev
VAR: Elçin Məsiyev
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi:
Tofiq Bəhramov adına Respublika Stadionu












