"Bu komanda öz xarakteri ilə geri dönüş edə bildi. Son iki oyunda 4 xal yığmışıq".

"İmişli" Misli Premyer Liqasının 27-ci turunda səfərdə "Qəbələ"ni minimal hesabla məğlub edib.

Matc.az xəbər verir ki, İmişli təmsilçisinin baş məşqçisi Jorj Kaşkilya oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Öz oyunçularımı gözəl nəticəyə görə təbrik edirəm. Azarkeşlərimizə dəstəyə görə təşəkkürümü bildirirəm. Az olsalar da, hər zaman bizə dəstək göstərirlər. "Neftçi" ilə oyundan sonra komandada ruh düşkünlüyü var idi. Bu komanda öz xarakteri ilə geri dönüş edə bildi. Son iki oyunda 4 xal yığmışıq. Bu da bizim üçün çox vacib idi.

"Turan Tovuz" da ağır rəqibdir, "Qəbələ" çox rahat olmayan komandadır. Öz meydanında da yaxşı oynayırlar. Bu cür rəqiblərlə görüşlərdən xallar götürə bildik. Üzümü tutub bir jurnalistə cavab vermək istəyirəm. Çünki "Neftçi" ilə oyundan sonra bizə demişdi ki, "Turan Tovuz"la görüşdə 7:0-a hazırsız? Bu da bizim ona cavabımız. O jurnalist indi burada yoxdur.

Çox çətin oyun idi. Bilirik ki, "Qəbələ" çox ağır rəqibdir, çətin komandadır. Hücuma çox sürətli keçirlər. Taktikamız və strategiyamız gözəl işlədi. Belə oyunlarda qol az olur, daha çox taktiki mübarizə gedir. Qol vurduqdan sonra da oyunda diqtə etməyə çalışdıq. Rəqib də çox qol şansı yarada bilmədi. Yaxşı müdafiə olunduq. Belə çətin oyundan xalla ayrılmaq çox pozitiv amildir. Bu oyunu klub prezidentimizə həsr edirik. Bu gün onun doğum günüdür.

- Nə baş verdi ki, "İmişli" yenə qələbə qazandı?
- Əzmkarlıqla komanda xarakterini və mənliyini sübut etdi. Qalib gəlmək nə qədər vacib olsa da, əsas olan Premyer Liqada yerini qorumaqdır. "Karvan-Yevlax", "Qəbələ", "Kəpəz" kimi komandalar arasında biz də varıq. Amma xala baxsaq, biz öz mövqeyimizi itirməmişik. 26 xalımız var.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest