11 Aprel 2026, 16:33
FUTBOL
Futzal üzrə Azərbaycan millisi bu gün ikinci yoldaşlıq görüşünə çıxıb.
Matc.az xəbər verir ki, oyun Tbilisi şəhərindəki İdman Sarayında keçirilib.
Yevgeni Kukseviçin baş məşqçisi olduğu komanda ardıcıl ikinci dəfə qarşılaşdığı Gürcüstan yığmasına 5:2 hesabı ilə uduzub.
Azərbaycan millisi aprelin 9-da eyni məkanda Gürcüstanla keçirdiyi ilk oyunda da məğlub olub. Həmin matç ev sahiblərinin 4:2 hesablı qələbəsi ilə nəticələnib.
Qeyd edək ki, ayın 13-ü və 15-də yığmamız Aktauda Qazaxıstan ilə yoldaşlıq oyunları keçirəcək.
Gürcüstan – Azərbaycan - 5:2
Qollar: Nikoloz Qabriçidze, 3:03, Levan Svanidze, 14:09, Giorgi Çimakadze, 34:02 , 38:16, Nikoloz Kurtanidze, 37:26 // Nihad İsmayılov, 13:02, Ədalət Ələkbərov, 39:37












