10 Fevral 2026, 17:06
FUTBOL
"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola komandanın özbəkistanlı müdafiəçisi Abdukodir Xusanov barədə danışıb.
Matc.az xəbər verir ki, ispaniyalı mütəxəssis 21 yaşlı futbolçunun güclü və sürətli olduğunu bildirib:
"Mançester Siti" Xusanov kimi əla istedada malikdir. İngilis dili? O, Uilyam Şekspir kimi danışmır. Amma getdikcə daha da yaxşılaşır. Abdukodir çox ağıllıdır. Fiziki cəhətdən güclü və sürətlidir və həmişə yaxşı mövqelərdə yer alır".
Qeyd edək ki, Abdukodir Xusanov bu mövsüm "Mançester Siti"nin heyətində 20oyunda meydana çıxıb.











_1770737324.png)
