"Mançester Yunayted" və Madrid "Real"ının əfsanəvi keçmiş hücumçusu Ruud van Nistelroy Niderland millisinin yeni baş məşqçisi Xavi Ernandesin məşqçilər korpusuna daxil olub.

Matc.az xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Van Nistelroydan başqa, Xavinin qərargahında Mərakeş yığmasının və bir sıra Niderland klublarının keçmiş yarımmüdafiəçisi Adil Ramzi də yer alıb. O, vaxtilə PSV-də Van Nistelroy ilə birlikdə çıxış edib.

Xavinin köməkçiləri arasında Serxio Alreq, Oskar Ernandes və İvan Torres də olacaq. Qapıçılarla iş üzrə məşqçi vəzifəsini isə Patrik Lodeveyks yerinə yetirəcək.

Xatırladaq ki, Xavi avqustun 12-də Niderland millisinin baş məşqçisi vəzifəsinə təyin edilib. 46 yaşlı mütəxəssis bu postda Ronald Kumanı əvəzləyib. Kumanın rəhbərliyi altında "narıncılar" dünya çempionatı turnirinin 1/8 final mərhələsinə vəsiqə qazana bilməmişdilər.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest