"Mançester Siti" və "Lill" 18 yaşlı yarımmüdafiəçi Əyyub Buaddinin transferi barədə razılığa gəliblər.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano sosial şəbəkə hesabında məlumat yayıb.

İngiltərə klubu bu keçid üçün 100 milyon avro və bonuslar ödəyəcək. Futbolçunun özü isə hələ iyul ayında "şəhərlilər"lə şəxsi müqaviləsinin şərtlərini razılaşdırıb.

Ötən mövsüm Buaddi bütün turnirlərdə daxil olmaqla 42 matçda iştirak edib və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Oyunçunun "Lill" ilə hazırkı müqaviləsi 2029-cu ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalında gənc yarımmüdafiəçinin bazar dəyəri 80 milyon avro təşkil edir.

Buaddi Mərakeş millisinin heyətində 2026-cı ildə keçirilən dünya çempionatı turnirində də çıxış edib. O, beş qarşılaşmada meydanda olsa da, məhsuldar göstəricilərlə fərqlənə bilməyib. Mərakeş yığması həmin turnirdə 1/4 finala qədər yüksəlib və bu mərhələdə Fransaya məğlub olub (0:2).

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest