"Turan Tovuz" klubu Azərbaycan Premyer Liqasının II turunda keçirilən "Şamaxı" ilə matçdakı hakimliyin bir epizodla bağlı qərarına rəsmi etirazını bildirib. Qolsuz bərabərliklə bitən oyundan sonra Tovuz təmsilçisi qarşılaşmadakı mübahisəli anın videogörüntüsünü paylaşıb.

Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi sosial şəbəkə hesabları məlumat yayıb.

Bildirilir ki, Tovuz klubu yaydığı videonun şərh bölməsində hakimlərin qərarına kəskin təpki göstərib: "Stadionda olan 4800 azarkeşin, ekranlar qarşısında minlərlə tamaşaçının gördüyünü baş hakim görmədi. AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənovun epizodla bağlı şərhini səbrsizliklə gözləyirik. Hər zaman qeyd etdiyimiz kimi, təmiz futbol, ədalətli qərarlar tələb edirik!"

Qeyd edək ki, qarşılaşmanın baş hakimi Rauf Cabarov, VAR hakimi isə Vüqar Həsənli olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest