"Brentford"un hücumçusu İqor Tiaqo "Nottinqem Forest"in maraq dairəsinə düşüb. Braziliyalı forvard cari yay "transfer pəncərəsi" bağlanana qədər komandasını dəyişə bilər.
Matc.az xəbər verir ki, bu barədə jurnalist Rudi Qaletti məlumat yayıb.
Bildirilir ki, "Nottinqem Forest" Tiaqo üçün 70 milyon funt-sterlinq dəyərində təklif göndəriblər. Qarşı tərəfin bu təklifə hansı cavabı verdiyi hələlik məlum deyil.
Braziliyalı futbolçunun "Brentford" ilə müqaviləsi 2031-ci ilə qədər nəzərdə tutulsa da, ona olan böyük maraq fonunda "transfer pəncərəsi"nin sonuna qədər komandadan ayrılması real görünür.
Tiaqo İngiltərə Premyer Liqasının ötən mövsümündə 22 qol vuraraq bu göstəricidə yalnız "Mançester Siti"nin hücumçusu Erlinq Halanddan geri qalıb.













