"Kəpəz" yaranmış fasilədən istifadə edərək bu gün yoxlama matçına çıxıb.

"Kəpəz" yaranmış fasilədən istifadə edərək bu gün yoxlama matçına çıxıb. Azərbaycan Premyer Liqasının II turunda "Qarabağ"la qarşılaşması təxirə salınan Gəncə təmsilçisi hazırlıq çərçivəsində sınaq oyunu keçirib.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Azər Məmmədovun rəhbərlik etdiyi kollektiv "Gəncəbasar" komandası ilə üz-üzə gəlib. Qarşılaşma Premyer Liqa təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.

"Kəpəz"in heyətində Asumah Abubakar dubl müəllifi olub. Komandanın digər qollarını isə Kennet Kalunqa və Viktor Stina rəqib qapısından keçiriblər.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest